
“Təhsil Nazirliyinə hələ ki bununla bağlı məlumat daxil olmayıb. Mən bilmirəm orada nə olub, bəlkə heç hadisə olmayıb. Araşdırma aparacağıq”.
Bunu
Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Qeyd edək ki, Nəsimi rayonunda yerləşən Texniki-Humanitar Liseydə müəllimlər aksiya keçirir. Aksiya müəllimlərin məvaciblərinin düzgün və vaxtında verilməməsi ilə əlaqədardır. Müəllimlər həmçinin şagirdlərin liseydən uzaqlaşdırılmasına da qarşı çıxırlar.
Misranə Həsənzadə