Modern.az

Sarkozi Avropa Birliyi ölkələrini Şengen razılaşmasından imtina etməyə çağırdı

Sarkozi Avropa Birliyi ölkələrini Şengen razılaşmasından imtina etməyə çağırdı

Təhsil

22 May 2014, 13:08


Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Avropa dövlətlərini Şengen zonasından imtina etməyə çağırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o bu barədə Fransanın “Le Point” nəşrinə müsahibəsində bildirib.   Sabiq prezident hesab edir ki, 1995-c ildən qüvvəyə minən  Şengen razılaşmasının yenisi ilə əvəz edilməlidir. O bildirib ki, bu təcrübə Avropa Birliyini xilas edəcək. “Avropa Birliyi ölkələrindən Fransa və Almaniya bölgədəki iqtisadiyyata daha sıx təsir etmək imkanlarına malikdir. Bu məqsədlə o, frank-alman iqtisadi zonasının yaranmasını dəstəklədiyini bildirib.  

Qeyd edək ki, 1995-ci ildən qüvvəyə minən razılaşmaya əsasən, Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv edilib. Bu zonaya daxil olan ölkələrin əksəriyyəti Avropa Birliyi dövlətləridir.  

 

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı