“Morninqstarın mövqeyinə münasibət bildirənlər öz vətəndaş mövqeyini nümayiş etdiriblər. Qərbin günahı üzündən dünyada və postsovet məkanında kəskinləşən geopolitik proseslərin fonunda ABŞ səfirinin bu müsahibəsi anlaşılmaz təsir bağışlayır. Mən səfirin belə bir müsahibə verməsinin səbəblərini izah etməyə çətinlik çəkirəm. Bu daxili işlərə kobud müdaxilədir. Heç bir halda buna bəraət yoxdur. Müsahibənin tonu diqtə və öz baxışlarının müstəqil dövlətə sırınması xarakteri daşıyır”. Modern.az bildirir ki, bu sözləri AzərTac-a müsahibəsində Prezident Administrsiyanının rəhbəri Ramiz Mehdiyev bildirib.
“Morninqstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, müstəqil dövlətdir. ABŞ səfiri işlədiyi ölkənin suverenliyinə hörmət etməlidir. Bu bir sıra digər əcnəbi ölkələrin səfirlərinə də aiddir. Belə hörmətsiz davranışa dözmək niyyətində deyilik. Səfirin müsahibəsində diqqəti çəkən məqamlardan biri də Azərbaycanın qonşularla münasibəti barədə dedikləridir. Belə çıxışlar yalnız təxribat kimi qiymətləndirmək olar”-deyə PA rəhbəri vurğulayıb.R. Mehdiyevlə olan geniş müsahibə bir azdan sayta qoyulacaq.
Modern.az