Modern.az

AzTV-nin əməkdaşını maşın vurub

AzTV-nin əməkdaşını maşın vurub

Təhsil

19 İyun 2014, 20:39

İyunun 19-da Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) əməkdaşı Ağanisə Sultanova yol qəzasına düşüb. Modern.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib. Jurnalist yaşadığı mənzilin yaxınlığında yolu keçmək istəyərkən taxta yüklənmiş "VAZ-06" markalı avtomobil tərəfindən vurulub.

Jurnalistin bacısı Pərvanə Sultanovanın dediyinə görə, bədən xəsarətləri alan Ağanisə xanım Respublika Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü olay yerindən qaçıb.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı