Modern.az

Küləkli hava davam edəcək, bəzi yerlərdə temperatur 38 dərəcəyə çatacaq

Küləkli hava davam edəcək, bəzi yerlərdə temperatur 38 dərəcəyə çatacaq

Təhsil

6 Avqust 2014, 15:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 7-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə lokal xarakterli qısamüddətli az yağış yağacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı