Modern.az

I sinfə erkən qəbul olunan uşaqların valideynlərinə xəbərdarlıq

I sinfə erkən qəbul olunan uşaqların valideynlərinə xəbərdarlıq

Təhsil

14 Avqust 2014, 15:06



Bakı Şəhəri üzrə Təhsil İdarəsi vaxtından əvvəl I sinfə qəbul olan uşaqların valideynlərinə müraciət edib. Müraciətdə uşaqların nəticələrini məktəbə təqdim etmək tapşırılıb: “Əziz valideynlər! “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən müsahibədən müvəffəqiyyətlə keçən uşaqların nəticələrini (bakuedu.az) çap edərək məktəbə təqdim etməlisiniz”. Qeyd edək ki, xüsusi istedadlı uşaqların müsahibəsi davam edir. Ötən həftə ərzində müsahibələrdə iştirak edən uşaqların 704 nəfəri I sinfə qəbul olub, 529 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...