Modern.az

Cəmiyyət sədri: “Ov silahını almaq üçün “Forma-3” tələb olunur”

Cəmiyyət sədri: “Ov silahını almaq üçün “Forma-3” tələb olunur”

Təhsil

14 Avqust 2014, 15:08



Ovçuluq həm sənətdir, həm də asudə vaxtlarda insanların məşğul ola biləcəyi bir sahədir. Ov silahların alınmasında lisenziya yoxdur. Silah almaq üçün vətəndaş əvvəlcə Daxili İşlər Nazirliyinə müraciət etməlidir”.

Bunu Modern.az-a ovçuluq silahının alınması qaydalarına aydınlıq gətirərkən Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfov deyib. Onun sözlərinə görə, DİN-ə ərizə ilə müraciət edən vətəndaşın məhkumluğunun olub-olmaması  yoxlanılır. Bununla yanaşı, vətəndaşın psixi-narkoloji qeydiyyatı da nəzərə alınır. “Əgər bunlardan heç biri vətəndaşda aşkar olunmursa, ona rəsmi  icazə kağız verilir”.
F. Əşrəfov bildirib ki, həmin rəsmi kağız DİN tərəfindən verilir və “Forma-3” adlanır. Cəmiyyət sədri qeyd edib ki. ərizə formasında olan kağızda silahın alınma məqsədi də yazılır. Bundan sonra vətəndaşlar istənilən silah mağazasından silah ala bilərlər.  

Məltəm Talıbazdə
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...