Modern.az

Azər Süleymanov: “Gürcüstanın Azərbaycana viza tətbiq etməsi anlaşılmazlıqdır”

Azər Süleymanov: “Gürcüstanın Azərbaycana viza tətbiq etməsi anlaşılmazlıqdır”

Təhsil

19 Avqust 2014, 11:39


“Gürcüstan-Azərbaycan arasında viza tətbiq olunması normal hadisə deyil”. Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.

Onun sözlərinə görə, Gürcüstanın Azərbaycana viza tətbiq etməsi anlaşılmazlıqdır: “Çünki iki dövləti bir-birinə bağlayan layihələr var. Türkiyədən sonra Gürcüstanda Azərbaycan ikinci investordu. Bilmirəm, nəyə görə Gürcüstan hökuməti belə bir addım atdı. Görünür, Ermənistandan hansısa çəkinəcəkləri var idi ki, Azərbaycana da viza rejimini tətbiq etdilər. Bu hər bir dövlətdə var. Gürcüstan qanunlarında Azərbaycana viza tətbiq etmək məsələsi gündəmdə deyildi. Ermənistan haqqında isə belə bir məsələ var idi. Azərbaycana vizanın tətbiq edilməsi ilə bağlı xəbəri xoşagəlməz hadisə kimi qəbul etdim. Son 3 gündə belə bir qanun çıxarıldı. Çünki Gürcüstan-Azərbaycan strateji dövlət olaraq aralarında heç bir problem yox idi. Ermənistanla bağlı isə bunu demək olmaz.

Çünki ermənilərin 90 faizi Gürcüstanda qalırdı və çoxu Rusiya vətəndaşlarıdır. Təbii ki, onların gəlib Gürcüstanda 1-2 ay qalması Gürcüstanın qanunlarına ziddir. Mən də onun tərəfdarıyam ki, Ermənistan-Gürcüsütan arasında viza rejimi tətbiq olunmalıdır. Ermənilər həm Rusiya, həm də Ermənistan  vətəndaşı ola-ola Gürcüstanda qalıb ara qatırlar. Ona görə Ermənistan tələbələrinə iki aydan artıq qalmaları üçün viza tətbiq edildi”.  

Qeyd edək ki, son günlər mətbuatda Gürcüstanın Azərbaycana viza tətbiq etməsi məsələsi müzakirə obyektinə çevrilib. Ermənistanla yanaşı, viza rejiminin Azərbaycana da  tətbiq edilməsi xoşagəlməz hal kimi dəyərləndirilir.

 

Namidə BİNGÖL

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı