Modern.az

İsrail Mahmud Abbası devirmək istəyənləri həbs etdi

İsrail Mahmud Abbası devirmək istəyənləri həbs etdi

Təhsil

19 Avqust 2014, 13:09

 

İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) son bir neçə həftə ərazində “HƏMAS” təşkilatının 93 üzvünü həbs edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, cinayətkar şəbəkə İordan çayının Qərb sahilində yəhudilərə qarşı bir neçə böyük terror aktı törətməyi və Ramallahda çevriliş edərək Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbası devirməyi planlaşdırıblar. “HƏMAS”çıların 46 yaşayış məntəqəsində, o cümlədən Şərqi Qüds, Ramallah, Cenin və Hevrondakı özəkləri israilli təhlükəsizlik qüvvələri tərəfindən aşkar olunub. 

İsrail mətbuatının iddialarına görə terrorçuların məqsədi 3-cü intifadaya başlamaq və “HƏMAS”ı Qəzzadan əlavə İordan çayının Qərb sahilində də hakimiyyətə gətirmək olub. Əməliyyata təşkilatın hərbi qanadının rəhbəri Məhəmməd Deyf başçılıq edirdi. Cinayət planının bu ilin mayında ifşa olunduğu bildirilir. Həbs olunmuş terrorçuların üzərindən 600 min dollar pul, avtomat silahlar, qrantomyot və raket qurğuları aşkar edilib.

Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas ona qarşı hazırlanan çevriliş planını “nəticələri çox ağır olacaq hərəkət” kimi dəyərləndirib. Lakin bununla belə administrasiyasının “HƏMAS”la bundan sonrakı münasibətləri barədə heç bir söz deməyib.  

 

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı