Modern.az

Bu dəfə rəsmi formada Ramil Usubova müraciət edəcəm” – “Oda” Teatrının rəhbəri

“Bu dəfə rəsmi formada Ramil Usubova müraciət edəcəm” – “Oda” Teatrının rəhbəri

Təhsil

19 Avqust 2014, 13:18


“Oda Teatrı media vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət etdi. Dünən Bakı şəhər Baş Polis İdarəsindən zəng vurub mənimlə əlaqə saxladılar. Hadisə barədə maraqlandılar. Mən də onlara daha ətraflı məlumat verdim”. Bunu Modern.az-a açıqlamasında Oda Müstəqil Teatrının rəhbəri Elmin Bədəlov deyib. “Sonra isə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, eyni zamanda sahə müvəkkili, yəni həmin əraziyə baxan polis əməkdaşları gəldilər və yenə hadisə barədə soruşdular. Eyni zamanda da sənədlərimizə baxdılar. “Oda” teatrı Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində yerləşir və MMC kimi fəaliyyət göstərir. Belə deyək, mövzu kənarda qaldı və hansı tamaşalar göstərməyimiz, onların mövzuları barədə soruşurdular”.

Qeyd edək ki, 6 avqust saat 19:00-da teatrın göstərdiyi “Suicide” (İntihar) tamaşası zamanı teatr binasının qarşısında qalmaqal yaşanıb, bir qrup şəxs teatra hücum etmək istəyib. Onlar teatra gəlib-gedən insanların bir neçəsinin qısa şalvar (şortik) geyinməyini bəhanə ediblər. E. Bədəlovun sözlərinə görə, şənbə gününə qədər bir tədbir görülməsə daxili işlər naziri Ramul Usubova rəsmi müraciət edəcək:

“Polis əməkdaşları bu gün də zəng vurub həmin sənədlərin surətini istədilər. Biz müraciət edib bildirməmişdik ki, sənədlərimiz və yaxud fəaliyyətimiz yoxlanılsın. Müraciət etmişdik ki, ən azı tamaşa günləri teatr polis tərəfindən mühafizə olunsun. Çünki belə mübahisələrin növbəti dəfə təkrarlanacağından narahatıq. Həm tamaşaçılarımızın, həm də teatrımızın əməkdaşlarının təhlükəsizliyi barədə hər hansı bir addım atılmağını xahiş edirəm.

Yenə də mənim xahişim bu barədədir. Bizim sənədlərin və yaxud teatr fəaliyyətinin yoxlanılması barədə deyil. Onlar bu gün mənə bildirdilər ki, sənədləri yoxlayandan sonra bu  mübahisə barədə addım atacaqlar. Mən hələ ki gözləyirəm. Çünki bizim növbəti tamaşamız üzümüzə gələn altıncı gün olacaq və buna qədər hər hansı bir addım atılmasa, bu dəfə rəsmi formada nazirə müraciət edəcəm”.  

Misranə Həsənzadə  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı