“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Avropa Komissiyası ilə tərəfdaş olduğu proqram çərçivəsində iki layihəsi təsdiq olunub. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Bu layihələr BGİ-nin Avropa Komissiyasının “Erasmus Plus”proqramı çərçivəsində hazrılanıb.
Modern.az xəbər verir ki, “Böyük İpək Yolu” BGİ-nin Fransanın Les Cemea və İtaliyanın Mine Vaganti təşkilatları ilə ortaq olaraq hazırladığı bu iki beynəlxalq layihə müsabiqədən uğurla keçərək həmin ölkələrin müvafiq Ersamus Plus Milli Agentliyi tərəfindən icra üçün təsdiq olunub.Fransanın Les Cemea gənclər təşkilatı ilə birgə icra olunacaq “Sərhədləri Keç” adlı layihə 10 Avropa ölkəsinin gənclərini bir araya toplayaraq bir həftə ərzində Grenoble şəhərində sülh quruculuğu mövzusunda təlim kursu keçiriləcək. İtaliyada icra olunan “Harmony of Sound” adlı layihə isə musiqi vasitəsilə gənclərin mədəni mübadiləsi, gənc istedadların mədəniyyətlərarası dialoqa töhfəsi və müsiqi vasitəsi ilə sülhə çağırış təşəbbüslərini artırmaq məqsədini daşıyır. Beynəlxalq layihələr 2014-cü ilin oktyabr-noyabr aylarında icrası nəzərdə tutulub.
Modern.az