Modern.az

ABŞ-dakı “Erməni gücləri”nin üzvünə hökm oxundu

ABŞ-dakı “Erməni gücləri”nin üzvünə hökm oxundu

Təhsil

19 Avqust 2014, 14:41


Reketlik, 80 bank müştərisinin hesab qeydləri haqda informasiyanı oğurladığına görə Andranik Aloyan 13 il 4 ay azadlıqdan məhrum olunub.

Modern.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Ədliyyə Departamentinin saytında məlumat yayılıb. Bundan əlavə, 41 yaşlı cinayətkar 3,5 milyon dollar restitusiya (pozulmuş hüququ bərpa etmə və zərərlərini ödəmə) verməlidir. Prokurorluğun məlumatına görə, Aloyanın düşündüyü sxem kifayət qədər geniş və çətin olub, onun qurbanları isə yaşlı vətəndaşlar olub. İttiham aktında qeyd edilir ki, Aloyan 25 milyon dollar həcmində bank hesablarından maliyyə məlumatı əldə edib. Bundan əlavə, o, qanunsuz silah saxlamaqda da günahkar bilinib.

Məlumatda qeyd edilir ki, Aloyanın prosesi “Erməni gücləri” adlanan cinayətkar dəstənin digər işləri ilə sıx bağlıdır.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı