Modern.az

Bakıda tutuquşu oğrusu tutuldu

Bakıda tutuquşu oğrusu tutuldu

Təhsil

19 Avqust 2014, 14:48


Y asamal rayon Polis İdarəsi 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnarə Katibliyə məxsus mağazadan pul, noutbuk və 26 ədəd tutuquşu oğurlayan 14 yaşlı Ağsu rayon sakini Ə.B. saxlanılıb.  

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı yeniyetmənin Dilşad Əhmədovaya məxsus noutbuku, Sevil Sadıqovaya məxsus dərzi atelyesindən geyim və məişət əşyaları, habelə Valeh Əliyevə,

Mahir Hüseynova və Rahil Səfərova məxsus avtomobillərdən pul, mobil telefon və sənədlər oğurladığı da məlum olub. Saxlanılan Ə.B. izahatı alındıqdan sonra buraxılıb.

Modern.az    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı