Modern.az

Saakaşvili büdcə hesabına aldığı paltarları İvanaşviliyə göndərdi: “Al, istifadə et”

Saakaşvili büdcə hesabına aldığı paltarları İvanaşviliyə göndərdi: “Al, istifadə et”

Təhsil

19 Avqust 2014, 15:09

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili büdcə vəsaiti hesabına aldığı qarderobunun bir hissəsini hökumət administrasiyasına yollayıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda eks-prezidentin kitabxanasının mətbuat katibi xəbər yayıb. Saakaşvilinin yolladığı bağlamada kostyumlar və palto olub. Keçmiş prezidentin mənzilindən paltarları administrasiyaya kuryer gətirib, ancaq Gürcüstan hökumətinin dəftərxanasında alınan əşyalar qəbul otağında qalıb, deyiblər ki, yalnız rəsmi bağlama şəklində göndəriləndə onu qəbul edə bilərlər. Digər məlumata görə, geyimlərin üzərində Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili üçün məktub da olub və orada yazılıb: “Bu geyimləri öz istəyinizcə istifadə edə bilərsiniz”.

Gürcüstanın Baş Prokurorluğu bir müddət əvvəl keçmiş prezidentə qarşı büdcə vəsaiti hesabına şəxsi istifadəsi üçün 8 kostyum və palto alması ilə bağlı ittiham irəli sürüb. Ötən həftə isə prokurorluq Saakaşvilini büdcə vəsaitini özünün və ailəsinin kosmetik prosedurları məqsədilə istifadə etməkdə ittiham edib. İstintaqın məlumatına görə, keçmiş prezident botoks üçün büdcədən 220 min dollar xərcləyib. Saakaşvili digər cinayət əməllərində də təqsirli bilinir.    

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı