Əslən azərbaycanlı tanınmış İran rejissoru Məcid Məcidi Hindistanda film çəkəcək. Bəşəri dəyərlər haqqında olan bu film rejissoru Hindistana səfər etməyə məcbur edəcək.
Modern.az Mehr agentliyinə istinadən xəbər verir ki, yeni təklif – “Asma bağlar” adlı kinolentlə bağlı müzakirələr hazırda davam edir. “Mən həmişə Hindistan və İran arasında müəyyən mədəni ümumiliyi nəzərə alıb Hindistanda film çəkmək istəyirdim. Son filmim olan "Məhəmməd"lə bağlı hələlik Münhendə olmalıyam. Hindistanda çəkiləcək dramatik filmin çəkilişlərinə yalnız öz əsərim tam bitdikdən sonra məşğul ola bilərəm”, – deyə M. Məcidi təklifi müsbət qarşıladığını gizlətməyib.M. Məcidi Azərbaycanda da geniş tanınır. “İlahi rəng”, “Cənnətin uşaqları”, “Ata”, “Söyüdün göz yaşı” və s. filmləri ilə tanınan rejissor həm də Amerika Kino Akademiyası tərəfindən “Oskar”a namizədliyi irəli sürülən ilk İran rejissorudur.
Modern.az