Modern.az

““Coca-cola”-nın satışı ilə bağlı heç bir problem yoxdur” - AÇIQLAMA

““Coca-cola”-nın satışı ilə bağlı heç bir problem yoxdur” - AÇIQLAMA

Təhsil

19 Avqust 2014, 16:34


“Coca-cola” şirkətinin Azərbaycandakı fəaliyyətində heç bir problem yoxdur. İstehsal prosesi də əvvəlki kimi davam etdirilir”. Bunu Modern.az-a açıqlamasında “Coca-cola” şirkətinin kommunikasiya məsələləri üzrə meneceri Elşad Fərzəliyev deyib.

Onun sözlərinə görə, şirkət məhsullarını mağazalara paylayır: “Bu gün bizdə bu məlumatı mediada gördük. Bu məsələnin nə qədər doğru və ya yalnış olduğunu araşdırma aparmalıyıq”.

Qeyd edək ki, bu gün bəzi media orqanlarında üzərindəki “N!DA” yazısına görə “Coca-cola” məhsullarının şəhərin böyük marketlərindən yığışdırılması barədə xəbər yayılmışdı.  

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı