Bəyanatla çıxış edən Ermənistan yezidiləri İraqın şimalında soydaşlarının qırğınına görə Tükiyənin yeni seçilən prezidenti Rəcəb Tayyip Ərdoğan, İraqın keçmiş prezidenti Cəlal Təlabani və Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Bərzanini ittiham ediblər.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki. Ermənistan yezidilərinin ruhani lideri şeyx Bro Həsənyan yezidilərin siyasi proseslərin qurbanı olduğnu düşünür. “Maraqlıdr ki, bütün bir xalqı dini inancına görə necə qırmaq olar”, - deyə Həsənyan bildirib.
Ermənistan yezidilərinin icma rəhbəri Əziz Tamoyan isə xalqının sayca 74-cü soyqırıma məruz qaldığın bildirib:“İslamçı radikalların yalnız bir məqsədi var – yezidiləri yer üzündən silmək. İraqdakı əsas cşəhərimiz Sincarda 1 milyon sakinimiz yaşayırdı indi isə şəhər bomboşdur”.
Modern.az