Ermənistanın 1in.am – “Birinci İnformasiya” Agentliyi son bir neçə ayda antirus siyasəti ilə ölkə ictimaiyyətini təəccübləndirib. Modern.az xəbər verir ki, sözügedən saytın rus xidmətinin baş redaktoru Ruben Meqrabyan Putin Rusiyasına və Avrasiya İttifaqına qarşı tutduğu radikal mövqeyi ilə seçilir. Onun facebook-dakı səhifəsinə diqqət yetirdikdə bunun şahidi olmaq olur. Məsələn, o, ABŞ-ın Azərbaycana hərbi silah satmamasını “rus harınlamış müttəfiqciklərmiziə bir nümunə olsun”, – deyə qiymətləndirib. Yaxud Federal Miqrasiya Xidmətinin Moskva şəhərində yerləşən nümayəndəliklərinin birinin şəklini verərək “Şərəfsiz gömrük ittifaqına xoş gəlmişsiniz, axmaqlar”, – deyə şərh yazıb.
“News Media” şirkətinin baş direktoru olan Aram Qabrielyanovun “ukraynalıların ruslara bəslədiyi nifrət, ermənilər türklərə bəslədiyi genetik nifrətə bərabədir” deməsini şərh edən Meqrabtyan Putinin əsas media oyunçularından olan Aram Qabrielyanovu “Sən raşist mutantısan, genetik qulsan. Sən erməni deyilsən və erməni adını ağzına alma, Putinin oyuncağı”- deyə dəyərləndirib. Budan başqa, rus dilinin Ermənistanda rəsmi status alması barədə debatları Meqrabyan sərt şəkildə tənqid edib. “Dil statusunuzu öz çekist gözünüzə soxun, raşist eybəcərləri”.
Başqa bir statusunda isə Ukraynadakı hadisələri şərh edən Ruben Meqrabyan “Gör hansı eybəcərlərlə təmasa girməyə məcbur oluruq, bu “Rusiya” adlı mutant tarixin zibilliyinə göndərilməyincə sülh olmayacaq” kim sərt statuslar yazıb.
Dəfələrlə Ermənistandakı rusmeyilli qüvvələr tərəfindən təhdidlərlə üzləşən Ruben Meqrabyan bununla belə öz mövqeyindən geri çəkilməyəcəyini bildirir.
Vüqar İsmayılov