Avqustun 26-da Minskdə Ukrayna prezidenti Pyotr Poroşenko Gömrük İttifaqı ölkələri olan Rusiya, Qazaxıstan, Belarus prezidentləri ilə görüşəcək.
Modern.az saytı rus mənbələrinə istinadən xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüş zamanı Ukraynanın şərqindəki gərgin vəziyyət müzakirə obyekti olacaq. “Birmənalı olaraq Donetskdə və Luqanskdakı faciəli vəziyyət diqqətdən kənarda qalmayacaq. Fərz etmək olar ki, Ukraynada humanitar vəziyyət müzakirə ediləcək”.
Kreml rəsmisi onu da bildirib ki, Rusiya prezidenti Vladimir Putinin kolleqaları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, görüşlərdə Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək.
Modern.az