Modern.az

Qırıcı təyyarələr havada toqquşdu

Qırıcı təyyarələr havada toqquşdu

Təhsil

19 Avqust 2014, 22:03


İtaliyada hərbi təyyarələrin təlimi zamanı iki qırıcı havada toqquşub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Askoli şəhəri yaxınlığında baş verən qəzadan sonra qırıcı təyyarələr meşəlik sahəyə düşərək yanmağa başlayıb. Məlumata görə hadisə nəticəsində sivil vətəndaşlardan ölən olmayıb.

Lakin pilotların öldüyü ehtimalları çoxdur. Hadisə yerinə xilasedicilər cəlb olunub.   İtaliya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı