Modern.az

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdi

Nazirin vətəndaşlarla görüşünün vaxtı dəyişdi

Təhsil

19 Avqust 2014, 22:23


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Göygöl şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib. 

Məlumatı Modern.az saytına sözügedən nazirliyin mətbuat xidmətindən veriblər. Ekologiya  və təbii sərvətlər naziri Hüseyn Bağırovun Göygöl şəhərində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşlarla 29 avqust tarixində nəzərdə tutulmuş görüşü cari ilin 21 avqust tarixinə dəyişdirilib. Görüş saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, nazirliyin 168 nömrəli “Qaynar xətt”i, həmçinin Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlaya bilərlər.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı