Məlumata əsasən, partlayış gecə 23:30 radələrində Bakı Dairəvi yolunda baş verib.
Hazırda hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub. Yanğının söndürülməsi prosesi gedir. Partlayış nəticəsində Bakı şəhərinin bəzi yerlərində qısa qapanmalar müşahidə olunub.
Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.
"Bakıelektrikşəbəkə" ASC-dən verilən məlumata görə, Yasamal və Nəsimi rayonlarının bəzi yerlərində işıq verilməsində fasilələr yaranıb. Elektrik enerjisinin verilməsi hal-hazırda alternativ elektrik xətlərindən istifadəsinin hesabına bərpa olunur.
Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün "Bakıelektrikşəbəkə" ASC-nin briqadaları işləyir.(Trend)