Modern.az

ABŞ İŞİD-i HƏDƏLƏDİ: “Sizi izləyəcəyik”

ABŞ İŞİD-i  HƏDƏLƏDİ: “Sizi izləyəcəyik”

Təhsil

23 Avqust 2014, 09:19


ABŞ  “İslam Dövləti” (əvvəlki adı İŞİD) adlı terrorçu qruplaşmanın məhv ediləcəyinə dair növbəti açıqlama verib.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Ben Rodes bu barədə danışıb. O bildirib ki, ABŞ sözügedən terror təşkilatının istənilən  təhdidlərinə cavab verəcək. Onun sözlərinə görə ABŞ  bu istiqamətdə heç bir sərhəd əngəli tanımayacaq.

“Təhdidlərə qarşılıq verməkdə özümüzü coğrafi sərhədlərlə məhdudlaşdırmayacağıq”. Ağ Ev rəsmisi “İslam Dövləti”nin amerikalı vətəndaşları hədələməsinə isə belə cavab verib: “Əgər amerikalıları izləsəniz, biz də sizi izləyəcəyik”,-deyə bildirib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!