ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə telefonla Ukraynadakı gərgin vəziyyəti müzakirə edib.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hər iki lider Rusiya humanitar karvanının Ukrayna ərazilərinə daxil olmasını provakasiya adlandırıb.
ABŞ rəhbəri və Almaniya kansleri bildirib ki, Ukraynanın razılığı olmadan Rusiyanın bu ölkəyə humanitar karvan göndərməsi təxribat və ərazi bütövlüyünün pozulmasıdır. Onların fikrincə Rusiyanın humanitar karvan daşıyan maşınları dərhal Ukrayna ərazisindən çıxarılmalıdır.Qeyd edək ki, 22 avqustda Rusiyanın 280 yük maşınından ibarət humanitar karvanı rəsmi Kiyevin razılığı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti olmadan Ukrayna ərazilərinə daxil olub.
Versiyalara görə Rusiya humanitar yük adı altında Ukraynanın şərqindəki ruspərəst separatçılara hərbi yardım göndərir.
Aqşin Kərimov