Modern.az

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlayır

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlayır

Təhsil

23 Avqust 2014, 10:12


2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək.

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu avqustun 29-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında müsahibə keçiriləcək.  

Misranə Həsənzadə  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı