Modern.az

Ekspert: “Yanacaqdoldurma məntəqələrində işləyənlər siqaret çəkirlər”

Ekspert: “Yanacaqdoldurma məntəqələrində işləyənlər siqaret çəkirlər”

Təhsil

23 Avqust 2014, 10:37

Azərbaycanda baş verən bəzi təhlükəli partlayışlara yanacaqdoldurma məntəqələrindəki ehtiyatsızlıq da səbəb olur. Müşahidələr göstərir ki, bir sıra yanacaqdoldurma məntəqələri yaşayış yerlərinə yaxın məsafədə inşa edilib.   “Azərbaycanda əhalinin ümumi mədəniyyəti təhlükəsizlik qaydalarına adekvat deyil. Buna görə də yanacaqdoldurma məntəqələri yaşayış yerlərindən kənarda tikilməlidir”. Bunu Modern.az-a  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub   Hüseynov deyib.  

Onun sözlərinə görə,  Fransa, Kanada və Amerika kimi ölkələrdə  yanacaqdoldurma məntəqələri hətta evlərin arasında tikilir: “Azərbaycanda isə bu məsələ problemdir. Xaricdə ciddi təhlükəsizlik tədbirləri görülür. Bu yaxınlarda Bakının “Şamaxinka” adlanan ərazisində yerləşən  bir yanacaqdoldurma mənətəqəsinnin qarşısında zibil qutusu alışıb yanırdı. Rəhbərliyi çağırıb dedim ki, söndürün, əhəmiyyət verən olmadı”.

E. Hüseynov  bildirib ki,  bu  məntəqələr müəyyən standartlar əsasında inşa edilir. “Azərbaycanda yanacaqdoldurma məntəqələrində işçilər siqaret çəkirlər. Təhlükəsizlik tədbirlərinə əməl olunmur”. Onun fikrincə, ciddi təhlükəsizlik tədbirləri görülərsə, yanacaqdoldurma məntəqələrinin yaşayış məskənlərinə yaxın tikilməsində problem olmaz.

Eyyub Hüseynov  onu da qeyd edib ki, Azərbaycan yanacaqdoldurma məntəqələri dünyanın bir çox ölkələri ilə müqayisədə dizayn və ifrasuktur baxımından daha mükəmməldir. Həttda Dubay səviyyəsinə çatıb.

Məltəm Talıbzadə

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı