Modern.az

Meksikada yeni iqtisadi polis dəstəsi yaradılıb

Meksikada yeni iqtisadi polis dəstəsi yaradılıb

Təhsil

23 Avqust 2014, 11:03


Meksikada ölkə iqtisadiyyatındakı cinayət hallarının qarşısını alacaq yeni polis strukturu – Milli jandarm yaradılır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yeni strukturun ilk 5 min kadeti ölkə başçısı Enrike Peni Nyetonun qarşısında təntənəli and içib.

“Jandarm iqtisadi aktivliyi zəiflədən, Meksikanın regional inkişafını ləngidən cinayətkar qruplara qarşı mübarizə aparacaq”, - deyə prezident mərasimdəki çıxışında deyib.  

Jandarm ordu və dəniz piyadaları ilə birlikdə narkokortellərə qarşı mübarizə aparan federal Meksika polisinin tərkibinə daxil edilib. İqtisadi polis ölkə sərhədlərini, neft mərkəzlərini, hava limanlarını və strateji limanları mühafizə etməyə cəlb olunacaq.

Peni Nyetonun seçkiqabağı vədlərindən biri məhz yeni iqtisadi polisin yaradılması idi. İlk vaxtlar onun şəxsi heyətinin 40 min nəfər olacağı bildirilsə də, sonradan onun sayı 10 min nəfər endirilib.

2006-cı ildən Meksikada narkokartellərə qarşı elan olunan müharibədə 70 mindən artıq insan həlak olub.  

Modern.az    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı