Modern.az

Akif Nağı: “Allah onlara lənət eləsin”

Akif Nağı: “Allah onlara lənət eləsin”

Təhsil

23 Avqust 2014, 12:13

“Hazırda Füzuli və Cəbrayılın işğal günü ilə əlaqədar olaraq şəhidlər xiyabanındayıq. Fərizə və İlhamın məzarını xüsusi olaraq ziyarət etdik. Belə hərəkəti kim edibə Allah onlara lənət eləsin”. Bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, lazım gəlsə bu məsələ ilə bağlı müraciət edəcəklər: “Artıq bu məsələ ilə bağlı baş prokurorluqda cinayət işi başlanılıb. Bizdə öz mövqeyimiz ortaya qoymuşuq ki, məsələ ciddi araşdırılmalı və Şəhidlər Xiyabanın mühafizəsi gücləndirilməlidir. Əgər günahkar və ya günahkarlar tapılmasa, mühafizə gücləndirilməsə o zaman biz də öz müraciətimizi edəcəyik”.

Qeyd edək ki, dünən sosial şəbəkədə yayılan və daha sonra bütün medianı ayağa qaldıran İlham və Fərizənin məzarının təhqir olunması ilə bağlı, 245-ci maddə ilə cinayət işi başladılıb.

Rüfanə GÜNƏŞ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı