Modern.az

İcra başçısı:“735 sakinimiz şəhid, 1240-ı əlil olub, rayona 6 milyard dollar ziyan dəyib”

İcra başçısı:“735 sakinimiz şəhid, 1240-ı əlil olub, rayona 6 milyard dollar ziyan dəyib”

Təhsil

23 Avqust 2014, 12:16

Bu gün Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində  Füzuli rayonunun işğal günü ilə bağlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə rayonun rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

  T orpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Rayonun İcra Hakimiyəti başçısı Alı Alıyev Füzulinin işğalı, işğala qədər cərəyan edən hadisələrdən danışıb. Bildirib ki, o dövrdə Azərbaycandakı xaos, siyasi hakimiyyətsizlik Füzulinin, o cümlədən digər rayonların işğalına səbəb olub.

Alı Alıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində rayon üzrə 735 nəfər  şəhid olub, 1240 nəfər əlil olmuş və girov götürülüb. Şəhidlərdən 8 nəfəri Azərbaycan Respublikasının Milli Qəhramanı adına layiq görülüb. İşğal nəticəsində rayonun madii-mədəniyyət abidələri məhv edilib, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib.

“1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə düşməndən azad edilib. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatından  sonra dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunmuş, füzulililər doğma yurdlarına qayıdıblar.

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələri salınıb, Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş edib. Son 10 ildə Prezident cənab İlham Əliyev Füzuliyə 4 dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 Sərəncam imzalayıb.”

Alı Alıyev bildirib ki, bu gün hər bir füzulilərin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır: “Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Digər çıxış edənlər bildiriblər ki, hər bir füzuli sakini Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı