Avqustun 22-də Emilya Əmiraslanova Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Bakı şəhər sakini Nicat Orucova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi və Binəqədi rayon
Polis İdarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əmiraslanova tutulub.
Modern.az