Modern.az

Poroşenkonun oğlu huşunu itirdi – Yuşşenko köməyə gəldi – VİDEO

Poroşenkonun oğlu huşunu itirdi – Yuşşenko köməyə gəldi – VİDEO

Təhsil

23 Avqust 2014, 14:29

Kiyevin Müqəddəs Sofiya kilsəsindəki dini ayin zamanı prezident Pyotr Poroşenkonun oğlu huşunu itirb. Modern.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, sabiq prezident Viktor Yuşşenko tarazlığını itirən prezident oğlunu yıxılmaqdan qoruyub.

Ehtimal olunur ki, onun halının pisləşməsinə kilsə zalındakı sıxlıq səbəb olub.  

Qeyd edək ki, kilsədəki tədbir Ukrayna Milli Bayrağı günü ilə bağlı keçirilib. Tədbirdə Pyotr Poroşenko və ailə üzvləri ilə yanaşı baş nazir Arseni Yatsenyuk, 3 sabiq ölkə prezidenti –Leonid Kuçma, Leonid Kravçuk və Viktor Yuşşenko da iştirak ediblər.

 

Vüqar İsmayılov
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı