Modern.az

Kəlbəcərdə girov götürülənlərin məhkəməsi olacaq

 Kəlbəcərdə girov götürülənlərin məhkəməsi olacaq

Təhsil

23 Avqust 2014, 17:25

Ermənistan Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyev  üzərində məhkəmə prosesi qurmağa hazırlaşır.

musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə separatçı rejimin “müdafiə naziri” Movses Akopyan açıqlama verib.

“Konkret halda söhbət üzvləri saxlanılan və ya öldürülən bir mütəşəkkil dəstədən gedir. Onlar “DQR” qanunları ilə mühakimə ediləcəklər”, - deyə saxta müdafiə naziri bildirib.

Beləliklə, bir daha aydın olur ki, işğalçı tərəf rəsmi Bakının girovu girova, meyiti meyitə dəyişmək təklifini qəbul eləməyə hazırlaşmır.  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı