Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun baş nazirliyə yeganə namizəd olmasına münasibət bildirib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə MHP lideri bu hadisəni Türkiyə üçün travma adlandırıb.
“Qlobal planların regional müstəvidə təqib edilməsinə bütün gücüylə enerjisini sərf edən Əhməd Davudoğlunun baş nazir olması ölkəmiz adına travmadır. 2009-cu ildən etibarən ölkənin xarici işlər naziri vəzifəsini icra edən Əhməd Davudoğlunun siyasi keçmişi fəlakət və fantaziya ilə xatırlanmaqdadır”,-deyə D. Baxçalı söyləyib.
Modern.az