Modern.az

Sərkisyandan növbəti sərsəm BƏYANAT

Sərkisyandan növbəti sərsəm BƏYANAT

Təhsil

23 Sentyabr 2014, 00:10


Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış Dağlıq Qarabağ separatçı rejiminə edilən qanunsuz səfərlərdən danışıb.

Modern.az saytı erməni KİV-nə istinadla xəbər verir ki, Serj Sərkisyan Fransa Senatının  Ermənistan-Fransa parlameetlərarası dostluq qrupununın rəhbəri Filipp Kaltenbaxla keçirdiyi görüşdə bu haqda söz açıb. Ermənistan prezidenti bildirib ki, Dağlıq Qarabağa ən çox Fransa Senatının deputatları səfər edir.

O bildirib ki, fransız deputatların  səfərləri guya Dağlıq Qarabağ münaqişəsini həllinə kömək edir.

Qeyd edək ki, Azərbaycan tərəfi işğal altındakı torpaqlarımıza edilən qanunsuz səfərlərlə bağlı dəfələrlə öz etirazını bildirib. Azərbaycab Xarici İşlər Nazirliyi bununla bağlı “qara siyahı” hazırlayıb.

 

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı