Modern.az

Azərbaycanda 200 tələbə vəfat edib

Azərbaycanda 200 tələbə vəfat edib

Təhsil

Bu gün, 17:10

2025-ci ildə Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin vəfatı ilə bağlı 200 qeydiyyat aparılıb.

Modern.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Statistikaya əsasən, vəfat edən tələbələrin 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta təhsil bazasında orta ixtisas, 95-i isə ümumi orta təhsil bazasında orta ixtisas pilləsində təhsil alıb.

Qeyd edək ki, 2024-cü ildə vəfat edən tələbələrin sayı 76 olub. Onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-si tam orta təhsil bazasında orta ixtisas, 5-i isə ümumi orta təhsil bazasında orta ixtisas pilləsində təhsil alıb.

2023-cü ildə isə 55 tələbənin vəfatı qeydə alınıb. Onlardan 33-ü bakalavriat, 1-i magistratura, 10-u tam orta təhsil bazasında orta ixtisas, 11-i isə ümumi orta təhsil bazasında orta ixtisas pilləsində təhsil alan tələbə olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!