
Separatçı rejimin Dağlıq Qarabağdakı hərbi hissələrindən birində erməni hərbçi ölüb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, oktyabrın 1-də saat təxminən 21:15-də müqavilə əsasında xidmət edən David Navasardyan həlak olub. Separatçı rejim rəsmilərinin iddiasına görə, əsgəri Azərbaycan tərəfdən snayperlə vurulub.
Qeyd edək ki, Ermənistan tərəfi çox vaxt bu cür faktları ciddi araşdırmadan ölüm faktlarını Azərbaycan tərəfinin boynuna qoymağa cəhd edir. Sonradan isə məlum olur ki, erməni əsgəri ya özü-özünü güllələyib, ya da hərbçi yoldaşı tərəfindən vurulub.
Modern.az