Modern.az

Mingəçevirli Burlaxatun I qrup üzrə 700 bal topladı

Mingəçevirli Burlaxatun I qrup üzrə 700 bal topladı

Təhsil

Bu gün, 20:38

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında Mingəçevirdən olan Burlaxatunla birlikdə əkiz bacısı da yüksək nəticə əldə etmişdi. Belə ki, Burlaxatun Məcidli maksimum  300 bal toplayıb, Banu Məcidli isə 266,7 bal əldə edib. Hər iki abituriyent Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyin şagirdidir.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!