Modern.az

Oqtay Əsədov deputata acıqlandı: “Söz güləşdirmə”

Oqtay Əsədov deputata acıqlandı: “Söz güləşdirmə”

Təhsil

28 Oktyabr 2014, 13:16


Milli Məclisin bugünkü iclasında qanun layihələrinin müzakirəsi zamanı spiker Oqtay Əsədov və deputat Zahid Oruc arasında mübahisə yaşanıb.

Modern.az xəbər verir ki, Oqtay Əsədov müzakirə zamanı Zahid Oruca çox danışdığı üçün irad tutub. Zahid Oruc spikerə yerindən cavab verib. Oqtay Əsədov isə ona yerindən danışmaması ilə bağlı xəbərdarlıq edib.

“Qulaq as. Söz güləşdirmə. Görürəm sənin çox güclü ideyaların var. Mən izah edirəm, amma sən başa düşmədin. Yerindən danışma dedim. Mən sənə söz verməyəcəyəm, sən də danışa bilməyəcəksən”.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı