Modern.az

Bu gün Aşuradır

Bu gün Aşuradır

Təhsil

4 Noyabr 2014, 09:34


4 noyabr Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə İraqın Kərbəla çölündə şəhid olub. Onlar, Yezid ibn Müaviyyənin ordusu tərəfindən qətlə yetirilib.

Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər. Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Bu gün insanlar məscidlərə gedib, nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.
Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə bu gün ənənəvi qanvermə aksiyasları keçirilir.  Respublikamızın bir çox dini ibadət yerlərində, o cümlədən Bakı şəhərinindəki 8 məsciddə könüllü qanvermə aksiyalarının keçirilməsi qərara alınıb.

Ənənəvi olaraq Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonundakı 2 məsciddə - İçəri şəhər «Cümə» məscidi və Bibiheybət məscidində də bu aksiya keçiriləcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı