Modern.az

Obama: “İŞİD məsələsində İranla əməkdaşlıq...”

Obama: “İŞİD məsələsində İranla əməkdaşlıq...”

Təhsil

10 Noyabr 2014, 09:37

 

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramına dair İran ilə P5 + 1 ölkələri arasında aparılan müzakirələrdə noyabr ayının 24-nə qədər müqavilə imzalanmaya biləcəyi ehtimalını verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu məsələdə tərəflər arasında “böyük bir uçurum var, razılıq əldə olunmaya bilər” deyə açıqlama verib.

Barak Obama bir daha İranın nüvə silahı əldə etməsinə qarşı olduğunu bildirib. ABŞ prezidenti  İranın Suriyada və İraqdakı şiələr üzərində təsiri olduğuna vurğulayaraq terror təşkilatı İŞİD-in ortaq düşmənləri olsa da “İŞİD mövzusunda İran ilə əməkdaşlıq etmirik” ifadəsini işlədib. Suriyadakı daxili döyüşlərdə də ölkədə siyasi bir razılaşma görmək istədiklərini deyən Obama Bəşər Əsədin getməsinin vacib oldğunu vurğulayıb.

 

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı