Modern.az

ATƏT Ukraynada Rusiyanın təxribat planlarını ifşa etdi

ATƏT Ukraynada Rusiyanın təxribat planlarını ifşa etdi

Təhsil

10 Noyabr 2014, 11:04

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukrayna Xüsusi Müşahidə Missiyası , Rusiyadan Ukraynaya daxil olan humanitar yük karvanlarında minomyot və çox lüləli roketatar sistemləri olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT-in Ukraynadakı müşahidəçiləri  separatçıların nəzarətində olan Donetsk bölgəsində aparılan araşdırma nəticəsində 34 yük maşınındaa 19-da  minomyot  və çoxlu roketatar tapıb. Donetskin 15 kilometr şərqindəki Sverdlov bölgəsində 17 yük maşınından ibarət karvanın isə 5-də çox lüləli roketatar sistemləri və 2 dənəsində isə sursat sandıqları, Donetskin 41 kilometr şərqindəki Zuhres yaxınlığında yenə 17 yük maşınından 12-də isə 122 millimetrlik minomyot olduğu öyrənilib.

Ukraynanın şərqində atəşkəsi nəzərdə tutan Minsk Protokolu və Memorandumuna baxmayaraq qarşıdurmalar davam edir. ATƏT-in Daimi Şurası Rusiyanın Ukraynanın şərqinə silah yardımı etməsi  iddiaları üzərinə Rusiya-Ukrayna sərhədinin nəzarət edilməsi məqsədiylə müşahidə missiyası qurulmasına qərar vermişdi.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı