Modern.az

Xərçəng adi xəstəlikdir! - Onun bircə dərmani var!

Xərçəng adi xəstəlikdir! - Onun bircə dərmani var!

Təhsil

12 Noyabr 2014, 00:54

Ərşad Əzimzadə,
"Ana Təbiət" Natural Gigiyena mərkəzinin rəhbəri

Özünüzdən soruşun: nə üçün "elmi" tədqiqatlara büdcədən bir belə pul qopardan dünyanın bütün akademiyaları xərçəng törədən bapbalaca mikrobların əlində əsir-yesir qalıb? Niyə xərçəngə qarşı hücumlar gücləndikcə - "əsrin bəlası" daha da quduzlaşır, onun qurbanlarının sayı artır? Nə üçün dünənəcən yaşlı nəslin, ahıl adamların xəstəliyi sayılan xərçəng son onulliklər ərzində belə "cavanlaşıb", indi başlayıb balaca uşaqları da əlimizdən almağa?

Dərindən düşünsəniz, görəcəksiniz ki, bu sualların yalnız bir cavabı var: Hippokratın bəşəriyyətə ərmağan etdiyi, Qalen və İbn Sina tərəfindən zənginləşdirilən həqiqi tibb elmi ilə heç bir əlaqəsi olmayan müasir tibb "elmi" İNSANLARIN SAĞLAMLIĞINI QORUMUR, ancaq yırtıcı biznesin maraqlarına xidmət edir.

Cənab Kapitalın əlinə baxan kütləvi informasiya vasitələrinin, saxtakar reklam agentliklərinin şişirdib, hamıya "əsrin bəlası" kimi təqdim etdiyi xərçəng çox adi bir xəstəlikdir və o da qeyri-sağlam həyat tərzinin acı məhsuludur. Onu cərrah bıçağı ilə, şüa ilə, kimyəvi preparatların köməyi ilə sağaltmaq mümkün deyil. Onun yeganə dərmanı - sağlam həyat tərzidir. Yəni, insan vaxtında yatıb, vaxtında duranda, düzgün qidalananda, kifayət qədər hərəkət edəndə - sağlam və xoşbəxt olur, bunları etməyəndə xəstə və bədbəxt.

Dünyanın "xərçəng biliciləri" yığışıblar Bakıya. Hamısı boğazdan yuxarı danışacaq, heç biri cürət edib əsl həqiqəti demiyəcək, yeyib-içəcəklər, gəzəcəklər, dağılışıb gedəcəklər. Ümümdünya səhiyyə təşkilatı da tədbirlər planına bir quş qoyacaq. Çəkilən filan qədər xərcin bəşəriyyətə zərrə qədər də faydası olmuyacaq. "Əsrin bəlası" bir az da quduzlaşacaq, alıb apardığı qurbanların sayı bir az da artacaq. Hamınız görəcəksiniz bunu.

Amma yenə də bir şey olan kimi qaçacaqsınız cərrahların üstünə. Çünki hamı istəyir ki, xəstəliyə asan yolla qalib gəlsin. Sağlamlığın isə asan yolu yoxdur!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı