Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 63 dəfə pozulub.
Modern.az saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Modern.az