Modern.az

Cəbhədə atəşkəs 75 dəfə pozulub

Cəbhədə atəşkəs 75 dəfə pozulub

Təhsil

22 Noyabr 2014, 10:19

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.

Modern.az Müdafiə Nazirliyinə istinadən bildirir ki erməni silahlı bölmələri Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Mərzili, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı