Somali sərhədinin yaxınlığında Keniya avtobusu partladılıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, rəsmi məlumata görə terror aktı nəticəsində ən azı 28 nəfər ölüb.
Hadisəni “Əş-Şəbab” terrorçularının Şimali Keniyada avtobusa hücumu nəticəsində baş verdiyi bildirilir.Silahlılar yol kənarında hərəkət edən avtobusu əvvəlcə ələ keçirib sərnişinləri bir-bir öldürdükdən sonra qeyri-müsəlman olanları ayırıb bir tərəfə yığıblar. Sərnişinlərdən biri Keniya mətbuatına açıqlamasında deyib ki, sərnişinlərdən birinin Quran oxumaq istəməsinə məhəl qoyulmayıb.
"Əş-Şəbab” yaraqlıları 2011-ci ildən bəri Keniyada bir sıra terror aktları həyata keçirib.
Namidə BİNGÖL