Modern.az

Bakıda məşhur körpüyə çıxan gəncin intihar cəhdi

Bakıda məşhur körpüyə çıxan gəncin intihar cəhdi

Təhsil

28 Noyabr 2014, 22:28

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edir.

APA-nın məlumatına görə, körpüdən özünü atmaq istəyən Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayevdir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən şəxslə danışıqlar aparırlar.

Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları  təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.




Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı