Modern.az

Məşhur Lənbəranskilərin yaşadığı ev dağılır

Məşhur Lənbəranskilərin yaşadığı ev dağılır

Təhsil

3 Dekabr 2014, 14:14

Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, görkəmli həkim Cəmil Məşədi Nəsir oğlu  Lənbəranski və onun oğlu Əliş Lənbəranskinin vaxtilə Bərdədə, Lənbəran kəndində  yaşadıqları ev dağılmaq üzrədir.

Modern.az Yevlaxın EL televiziyasına istinadən xəbər verir ki,  ötən əsrdə həmin ev dövlətin balansına keçirilərək, müxtəlif təyinatlar üzrə fəaliyyət göstərsə də, hazırda demək olar ki, tamamilə yararsız vəziyyətdədir. Binanın bir hissəsindən  kənd kitabxanası kimi istifadə olunsa da, ümumilikdə, oranın təmirinə, yaxud yenidən tikilməsinə ehtiyac duyulur.

Qeyd edək ki, hazırda evi uçulan Əliş Lənbəranski  Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında böyük əməyi olub. Hazırkı Heydər Əliyev Sarayı, Dövlət sirki, Bağırov körpüsü, Qaqarin körpüsü, Məişət Kondisionerləri Zavodu, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı və digər sənaye və mədəniyyət ocaqları onun rəhbərliyi ilə tikilib.  

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı