Son 12 ildə intihar edən 1200 əsgər üçün hökumət sürpriz bir addım atır. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, milli müdafiə naziri İsmət Yılmaz intihar edən əsgərlərin ailələrinə təzminat verməyi arzu etdiklərini deyib və ödənəcək məbləğlə bağlı Maliyyə Nazirliyi ilə müzakirə aparılması təlimatını verib. Razılaşma əldə edilərsə, önümüzdəki günlədə Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacaq qanuna əlavə olunacaq.
TBMM-də Cümhuriyyət Xalq Partiyasından (CHP) İzmir millət vəkili Mustafa Moroğlu deyib: “Əsgərlik vəzifəsini yerinə yetirərkən mətbəxdə, avtomobil istifadə edərkən qəzaya düşüb yaralananlara, şikəst qalanlara təzminat və maaş veririksə, intihar edənlərin yaxınlarına da bu haqq tanınmalıdır”.
CHP-nin İstanbuldan olan millət vəkili Mahmud Tanal da intihar hadisələrinin getdikcə artdığına diqqət çəkərək, təzminat mövzusunun bir an əvvəl həyata keçirilməsini istəyib.
Nazir İsmət Yılmazın sözlərinə görə, işlər müsbət nəticə versə, 1111 saylı “Hərbi xidmət haqqında” qanununda ediləcək dəyişikliklə əsgərdəykən intihar edərək həyatını itirən hərbçi ailələrinə 40 min lirəyə qədər təzminat ödənməsi təmin ediləcək.
Milli Müdafiə Nazirliyinin məlumatına görə, 2012-ci il yanvarın 1-dən 2013-cü il iyulun 15-dək 166 əsgər həyatını itirib. Əsgərlərin 108-i intihar edib. 2002-2013-cü illər arasında isə 100 əsgər həyatını itirib.
Modern.az