Ötən gün Oğuzda Yeni Azərbaycan Partiyası tərəfindən Oğuz rayon üzrə bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərlə görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı və Yeni Azərbaycan Partiyası İcra Katibliyinin məsul işçisi Emin Abbasov iştirak edib.
Milli Məclisin deputatı Fəttah Heydərov ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs nəticəsində dövlətimizin dinamik inkişafından, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillərin insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olmasından danışıb.
Aqiyə Naxçıvanlı ötən seçkilərdə partiyanın əldə etdiyi uğurları sadalayıb.
O, qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətini vurğulayaraq bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verildiyini diqqətə çəkib.
Çıxışının sonunda A.Naxçıvanlı dekabrın 23-də Oğuz seçicilərini ölkənin ən inanılmış siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə dəvət edib.
Görüş başa çatdıqdan sonra millət vəkili qəbul otağına gələrək seçiciləri ilə görüş keçirib. Deputat seçiciləri qəbul edərək onların problemlərini dinləyıb, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib. Məlumat A. Naxçıvanlının ofisindən verilib.
Modern.az