Modern.az

DAK-ın qurultayı ilə bağlı MÜƏMMA

DAK-ın qurultayı ilə bağlı MÜƏMMA

Təhsil

10 Dekabr 2014, 12:06


Dünya Azərbaycanlıları Konqresinin  (DAK) növbəti qurultayının Türkiyədə keçiriləcəyi ilə bağlı xəbər vermişdik.

DAK həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az saytına bildirib ki, növbəti qurultayı 2015-ci ildə keçiriləcək.

O vurğulayıb ki,  nizamnamə görə qurultay 2015-ci ildə keçirilməlidir. O, qurultayın keçiriləcəyi yer və hazırlıq prosesi barədə əvvəlcədən məlumat vermək istəmədiyini vurğulayıb.

Sabir Rüstəmxanlı bundan əvvəl Modern.az saytına açıqlamasında DAK-ın növbəti qurultayının Türkiyədə keçiriləcəyini demişdi. Lakin onun yeni açıqlamasından bəlli olur ki, məkanla bağlı problemlər mövcuddur.  

Məltəm Talıbzadə    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı